Dəyişənlər (variables), metod (methods), sinif (class) və interfeys (interface) adlarını ümumilikdə tanıdıcılar (identifiers) adlandıraq. Tanıdıcılar simvolardan təşkil olunurlar amma hər simvol istifadə edilə bilməz. İcazəli simvolların hər birinin işlədilməsi də məsləhət (convention) deyil. Hansı simvolun tanıdıcıların hansı hissəsində işlədilə bilməsi qaydaları (rules) bütün tanıdıcılar üçün eynidir. Yəni, bu qaydalara riayət etdiyiniz müddətdə tanıdıcılar java kompilyatoru (java compiler) tərəfindən təsdiq edilir, başqa sözlə desək, kompilyasiya xətası (compiler error) baş vermir. Aşağıda qaydalardan hər hansı birinə və ya bir neçəsinə əməl olunmadıqda komplyasiya xətası (compiler error) baş verir:
1. Yalnız Unicode “simvol yığınındakı” (Azərbaycan, İngilis, Çin, Yapon, və s. dillərdəki simovlların charset-indəki) hərflər, rəqəmlər, altdan xətt ( _ ) və dollar simvolundan ($) ibarət ola bilir.
2. Rəqəmlə başlaya bilməz.
3. Açar sözlər (keywords) – hər hansı proqramlaşdırma dilində proqramçıyla komputerin ünsiyyət vasitələri, int, double, if, for, while kimi sözlər və istifadə olunmuşlar (reserved words) - dəyişən adları üçün artıq təyin olunmuş dəyişən, metod adları üçün artıq təyin olunmuş metod adları (məs. eyni adlı bir nümunə dəyişəni (instance variable) və bir metod doğru sintaksisdir), true, false, null kimi literal dəyərlər və java dilinə başqa dillərdə işləmiş proqramçılara rahat olsun və gələcəkdə realizə olunub işləklik qazansın deyə daxil edilmiş (əvvəldən reserv edimiş), hal-hazırda heç bir funksiyası olmayan goto, const. Oracle dokumentasiyalarında verilmiş açar sözlər (keywords) və true, false, null, goto, const istifadə olunmuş sözlərinin (reserved words) siyahısı:
* İstifadə olunmur
** 1.2 versiyasından sonra əlavə olunub
*** 1.4 versiyasından sonra əlavə olunub
**** 5.0 versiyasından sonra əlavə olunub
Qeydlər:
Tanıdıcılar hərflərinin böyük-kiçikliyinə həssasdır (case-sensitive), yəni pul, Pul, pUl, puL, PUl, pUL, PuL hamısı fərqli tanıdıcılardır.
Qeyri-məhdud uzunluqludur. (İstədiyiniz qədər simvol daxil edə bilərsiniz)
Qaydalar bu qədər indi də tövsiyyələri araşdıraq. Qaydalardan fərqli olaraq tövsiyyələrə əməl olunmadıqda kompilyasiya xətası (compiler error) baş vermir. Bu tövsiyyələr sadəcə insanlara tanıdıcları daha yadda qalan (easy to remember), kodu daha oxunur (readible) edir. Və tövsiyyələr də qaydalar kimi Oracle dokumentasiyalarına və müvafiq sertifikasiya proqramınının hazır vəsaitlərinə əsaslanır amma qaydalardan fərqli olaraq hər növ tanıdıcı üçün fərqlidir:
1. package: tamamilə kiçik hərflərlə yazılır:
Məs:
package java.lang;
package java.util;
2. interfeys (interface): adətən, nitq hissəsi olaraq (mümkündürsə, feildən sifət düzəldən “able” sonluğu ilə bitən) sifət, ya da axrına “Listener” yazısı əlavə olunan isim olur. Əgər birdən çox sözdən ibarətdirsə, hər sözün ilk hərfnin böyük yazıldığı “camel case” prinisipi tədbiq olunur. Məs:
public interface Serializable { }
public interface ActionListener { }
3. class (sinif): nitq hissəsi olaraq isim olur və interface-lərdə olduğu kimi “camelcase” prinsipinə əsasən tərkibindəki bütün sözlər böyük hərflə başlayır.
Məs:
public class Math { }
public class FileReader { }
4. Method adları (method names): nitq hissəsi kimi feil və ya isim olur, tanıdıcının ilk sözünün ilk hərfi kiçik olmaqla, əgər birdən çox sözdən təşkil olunmuşsa, birincidən sonrakı hissəyə “camelcase” prinsipi tədbiq olunmaqla, birincidən sonrakı sözlərin hər birinin ilk hərfi böyük yazılır. Nümunə - obyekt dəyişənlərinə (instance variables) dəyər mənimsətmək üçün enkapsulyasiya prinsiplərinə uyğun şəkildə “set” sözüylə başlayır. Nümunə - obyekt dəyişənlərinin (instance variables) dəyərlərini çağırmaq üçün isə yenə enkapulyasiya prinsiplərinə uyğun şəkildə əgər dəyişən boolean tipindədirsə “is”-lə, boolean deyilsə, “get”-lə başlamalıdır. (boolean-larla da “get” işlədilə bilir)
Məs:
boolean flag = true;
int num = 0;
void setFlag(boolean flag) { this.flag = flag; }
boolean isFlag() { return flag; }
və ya
boolean getFlag() { return flag; }
void setNum(int num) { this.num = num; }
int getNum() { return num; }
int nextInt() { ……. }
5. Dəyişənlər (variable): boolean tipindəki dəyişən adları “is” sözüylə başlayır. Qalan bütün tiplərdəki dəyişən adlarında isə belə qayda yoxdur, sadəcə nitq hissəsi olaraq isim olduğu mütləqdir. Metod adlarında olduğu kimi ilk sözün ilk hərfi kiçik, əgər birdən çox sözdən təşkil olunubsa birincidən sonrakı hissəyə “camelcase” prinsipi tədbiq olunmaqla, birincidən sonrakı sözlərin hər birinin ilk hərfi kiçik olur.
Məs:
boolean isPublished = true;
int appleCount = 4;
6. Sabit dəyişənlər: final modifier-iylə elan olunan bu dəyişənlər, normal dəyişənlərdən fərqli olaraq, təşkil olunduğu bütün sözlərin bütün hərfləri böyüklə yazılır və sözlər bir-birindən altdan xəttlə ( _ ) ayrılırlar.
Məs:
final byte MAX_VALUE = 127;
7. Dəyişən adları yaxşı olar ki, akronim-qısaltmalar və ya “a”, “b”, ”c” kimi anlaşılmaz yazılar yerinə tam sözlər və (ya) birləşmələri verilsin. (Kod daha anlaşıqlı olur)
Məs.
int numChs; //əvəzinə
int numberChildren;
{
int a = 5;
int b = 14;
int c = a + b;
} //əvəzinə
{
int firstNumber = 5;
int secondNumber = 14;
int sum = a + b;
}
#dəyişənlərinvədigərtanıdıcılarıntəyinolunmaqaydaları #java #proqramlaşdırma #Azərbaycandilindəproqramlaşdırmaresursları #RustemAzimov #literarianprogrammer
İstinadlar
https://docs.oracle.com/javase/tutorial/java/nutsandbolts/variables.html
https://docs.oracle.com/javase/tutorial/java/nutsandbolts/_keywords.html
Comments