top of page
Search
Writer's pictureRüstəm Əzimov

Çobanyastığı (povest) - oxucu rəyləri


Rüstəm Əzimovun yazdığı "Çobanyastığı" adlı povestin ön şəkli

2020-ci ilin iyun ayında bitirdiyim "Çobanyastığı" adlı povestimin oxucu rəylərindən bəzilərini bölüşmək istəyirəm.


İlk rəy elə kitabı onunla bölüşdüyüm günün gecəsi, məni cəmisi-cümlətanı bir neçə dəfə görmüş və sadəcə bir neçə dəfə bir-birimizlə fikir bölüşməyə müşərrəf olduğum bir gənc, amma idealist təlimçi xanımdan gəldi:


"Axşamınız xeyir. Öncəliklə bu saatda yazdığım üçün üzr istəyirəm.

Bitirdim...

Sözün əsl mənasında mükəmməl idi. Gözyaşlarım heç durmadı deyə bilərəm. O nifrəti çox gözəl ifadə etmişdiniz. Əslində heç sulugöz biri deyiləm, ağlamağı bacarmıram deyə bilərəm amma bu...

İnanin ifadəsi yoxdur. Bilirsiniz işimlə bağlı həmişə ya nitq, ya da karyera, motivasiya kitabları oxuyuram. Sırf ilk 12 nəfərdən biri olmağa ıayiq bildiyiniz üçün oxumağa başladım. Və sadəcə başından sonuna gözümün yaşı durmadı deyə bilərəm... Hələ sonundakı o xəbərin gəlişi... Hər xatirlayanda qəhərdən boğulacam bilirəm

Möhtəşəm idi.

Uğurlar arzu edirəm.

Neçə gözəl yeni əsəslərinizi oxumaq ümidi ilə.

Xoş günlər."


Sonra mən ona xoş sözlərinə görə təşəkkür etdikdə, təxminən, belə cavab yazdı:


"Həqiqətən möhtəşəm idi. Bu tip əsərlər oxuyan deyildim amma deyəsən bu başlanğıc olacaq. Bu qədər bəyənəcəyimi düşünməzdim. Hər yadıma düşəndə yenidən qəhərlənirəm. Sanki gözmün önündədir hər şey.

Uğurlar arzu edirəm.

İmza günlərində görüşmək ümidi ilə."


Fikirlərinə çox hörmət etdiyim və daim gördüyü işlər və təşəbbüsləri ilə məni və bir çox mənim kimi gənci ilhamlandıran, bəlkə də, bütün Azərbaycanda bu qədər məhsuldar fəaliyyətləri olan başqa bir gənc tanımadığım bir təlimçi, blogger, sahibkar xanım dostum da, sağ olsun, sözümü sındırmadı, povesti oxudu, fikirlərini bildirdi:

"Sizin povestinizi oxudum bitirdim bugun. Cox gozel yazmisiz.

Bilinir ki cox eziyyet cekilib. Yerli lehcelerin elave olunmasi cox mohteshem idi.

Cox gozel meqamlara toxunduz ve mene heqiqeten tesir edib xususen Kepeneyin olmasi😊

Mence bu eserinizi butun dunya oxumalidir😊"


Məni yaxın dostlarım (zarafatca) rusdilli düşməni olaraq görürlər. Amma mənim rusdilli o qədər yaxın və uzunillik dostlarım var ki, bu rus dilinə (daha doğrusu, rus dilinin Azərbaycanda bu qədər çox işlənməsinə) olan münasibətimin rus dillilərə qarşı olan bir tövr kimi görünməsilə razılaşmıram. Üstəlik, belə (məktəbi rusca oxumuş) dostlarımdan biri mənim (Azərbaycan dilində) yazdığım ilk hekayəmi ilk oxuyan şəxs olub. Ona 90 səhifəni həvəslə və birnəfəsə oxuduğu və həmişə mənə görəcəyim işlərdə inandığı üçün minnətdaram.


"Birde Rustem kitabini dunen bitirdim , oxudum)

Super idi, axira kimi ne vaxt catdim hec ozum bilmedim 😅 heqiqeten deyirem cox maraqli idi, son vaxtlar bu qeder oxudugumu hatirlamiram😂"


Mən "həqiqətənmi belə düşünür" deyə soruşduqda belə cavab verdi:

"Yes, elbetde, axiri vopse yeni gozlenilmez idi, cox beyendim.

Eksine, cox maraqli olub cox beyendim."


Birlikdə dəfələrlə söhbət elədiyimiz və dəyərli tanışlarımdan biri olan köhnədən bəridir tanıdığım bir xanım dostum da fikirlərini belə ifadə etmişdi:

"[...] Mən bu gün bitirdim Çobanyastığını. Sonuncu qaıdığım hissə Marksın fikirləri və 20 Yanvar hissəsi idi. Onu deyə bilərəm bir iqtisadçı kimi iqtisadiyyata aid rəng çalarları da görmək, oxumaq çox xoş idi. Adeta, bütün halına gətirmiş və povestdəki hadisələri ardıcıllıgı bir birinə bağlanması möhkəm və çox yaxşı idi. 20 Yanvar hadisələrini əks etdirən hissə(də) etiraf edim ki, qəmləndim, qüssələndim, ağladım. 20 Yanvar hadisəsini bu oxumaq deyildi, o qədər real gözlə canlandırma kimi yazılmışdı hadisələrə baxış tərzi. Povestə Zərifə ilə Fərasət ayrıldığından bəri mən demək olar hər səhifədə gözləyirdim ki, indi çıxacaq qarşıya bir yerdən ama sonlugun belə gəlməsi çox hisslər suallar yaratdı. [...] bu povestə Zərifə və Fərasət ancaq söz konusu olmadı onların gözləri ilə yaşanılmış və göz önlərində yaşanılan hadisələrdə öz əksini tapdı povestə çox gözəl idi

Mən sizi təbrik edirəm belə bir povest yaratdığınız üçün. inşAllah oxucusu bol olar inanıram elədə olacaq həqiqətəndə belə bir povest ərsəyə gətirmək hər insana bacara bilməz və Allah da hər insana nəsib edə bilməz, uğurlarınız bol olsun və öz adımdanda minnətdaram ki, bu povestə məni oxucu etdiz😇"


Bir dostum (bu səfər oğlan) elə formada fikirlərini bildirdi ki, mənə əsər barədə maraqlı olan bir çox suala cavab vermiş oldu:


"Çobanyastığı mənim son vaxtlar oxuduğum ən gözəl kitablardan biri oldu. Məni ən çox təsirləndirən kitablardan biri.


Əsərdə sevgi mövzusuna verilən dəyər, sevgini adiləşdirmək yox, aliləşdirmək ən gözəl bu şəkildə təsvir oluna bilərdi.


Həqiqətən etiraf edim ki, əsəri oxuyub bitirəndən sonra 20 Yanvar hadisələri, hətta Qarabağla bağlı bilmədiyim çox şeyin olduğunun fərqinə vardım. Bunlar üçün ayrıca çox sağ ol.♥️


Əsərdə Fərasətin necə vətənpərvər insan olduğunu, amma bundan daha önəmlisi insan olduğunu çox gözəl qələmə almısan. Hansı ki Fərasət məhz bu insanlığı ilə yaxşı-pisi bir birindən ayıra bilirdi.


Bunu ayıra bilən Fərasət ruslar və erməni alçaqlar arasındakı fərqi də ayırırdı, dolayısıyla.


Əsəri təxminən 6-7 saata bitirdim (cəm olaraq). Elə əsər haqda rəylərimi də sənlə ən az bu qədər bölüşə bilərəm. O qədər çoxlu fikir yarandı yəni :)


Əsərin, hekayən, kitabın çox gözəl alınıb. Bu kitabı çap etdirməli olduğunu düşünürəm. Bununla bağlı maddi və mənəvi sənə kömək olmaq üçün hər an burdayam.


Əsər məni valeh elədi. Yəqin ki, bir də oxuyacam. [...]"


Bakalavrı birlikdə oxumuş olduğumuz bir xanım qrup yoldaşım öz hislərini belə ifadə etmişdi:

"[...]Bu gun bitrdim "çobanuastiği"ni men kitab oxuyan deilem yeqin bilirsen😀 ama çox çox maraqliydi heqiqeten nece deim çox inkisaf etdirmisen özünü. düzdü men cox kitab oxumamsam deye çox rey bildire bilmirem amaki heyqeten çox maraqliydi hetta axirda gözlerimde doldu

Fexr etdimki senin kimi qrup yoldasim var😊

[...] men oxumuram kitab🤦🏻‍♀️ama bezen qisa hekaye falan oxuyuram diqqetimi çekmir eyer men kimi kitab oxumayan maraqa oxudumsa demekki cox maraqliymiş. Men evde anamgilede danişmisam senin youtube videolarnin olmaqini heveskar yazar olduğunu onlarda deirki halaldi o usaqa. Sen belkede his etmirsen deyerini ama qrupda 25 nefer var ama yalniz sen yazirsan. Ve yaxsida alinir tebiki hele tezedi indi beledirse gör bir neçe il sonra nece mükemmel olacaq he birde onu deyimki düsündürücü cümlelerde coxdu bele deyimde insani düsünmeye vadar edir. Uğurlar dost😍👍🏻"


Bizim köhnə universitetdə bir mütaliə klubumuz var. Sağ olsun, Nicat adlı dostum məni bu şərəfə müşərrəf edib. Oradakı dostlar, demək olar, mən xatırlatdıqdan sonra bir neçə saat ərzində kitabı oxudular. Çox təşəkkür edirəm, dəyərli fikirləri və dəstəkləri üçün.

Bu dostlardan biri:


"Halbuki sistem mükəmməldirsə,sistemin icrasındakı səhv sistemin yox, sistemi icra eləyənlərin boynuna yıxılmalıdır,hansıki,məntiqli olan da budur.


@⁨Rüstəm Əzimov⁩, kitabı bitirəndə fikir bildirəcəm. Amma ki, bu cümləni çox bəyəndim, hansı ki, hər zaman bu fikrin tərəfdarı olmuşam. Hazırda, dünyada İslam bu vəziyyətdədi. Mükəmməl bir sistem, mükəmməl icra edə bilməyənlər üzündən əziyyət çəkir.(

Çox axıcıdı e. Davam edirəm hələ də

Rüstəm kitabını bitirdim,fikir bildirəcəkdim(:)

Demək, əvvəlcədən deyim, çox çox möhtəşəm yazmısan.

Yəni, əsəri oxuduqca ardı düşündüyüm kimi gəlmədiyi üçün çox həyəcan yaratdı.

Oxuduqca, ləzzət elədi, yəni bir an ayrılmadım üstündən. Əsərdə çox dərin fikirlər var idi, amma çox axıcı gəldi mənə. Xüsusən, Qurani Kərimin ilk nazil olduğu ayəsinə təslim oldum. "Oxu! Yaradan Rəbbinin adı ilə oxu! Çox-çox təsir elədi mənə. Həqiqətən, hadisələrin təsviri, edilən vəsflər çox əla alınıb. Yəni, oxuduqca müxtəlif hislər yaşadım. Güldüm, kövrəldim, həyəcanlandım. Cümlələrdə olan inversiyalar da xüsusi rəng qatırdı. Bəzi xırda texniki hərf səhvləri var. Ciddi bir şey deyil. Ümumi bir şeyin izahatı üçün gətirdiyin nümunələr imkan verirdi ki,ümumi vəziyyəti başa düşək. Hansı hissələr təsir etdi, necə təsir etdi. Onları demirəm,uşaqların marağı qaçmasın.

Hə bunu da deyim ki, həm məlumatverici xarakter daşıyırdı. Çox şey öyrəndim. Həm də nitqi zənginləşdirən məqamlar da var idi. Orada olan sözlərin mötərizədə izahının verilməsi çox əla etmisən. Uğurlar sənə! Paylaşacam dostlar, tanışlarla kitabı. Oxuduqca gözlərim doldu həqiqətən. Sənə dəstək olanlara da təşəkkür edirəm. Adları yadımda qalmadı. Halaldı!❤️❤️❤️"


Klub üzvlərindən olan bir xanım hisslərini bir səs yazısıyla elə ifadə etdi ki, onu da bölüşməyi çox istərdim, amma bu, heç cür mümkün deyil. Sadəcə arada yazdığı bir neçə söz:

"Çoooxx ee çoox gözəldi🤤"


Digər bir xanım üzv belə yazmışdı:

"Deməli Rüstəm dünən gecə dayana bilmədim oxudum )) [...] dediylərinə qatılıram özü də çox düzdü bəzi orfoqrafiya səhvləri olsa da çox axıcı getdi.) Qələminə qüvvət və məncə sən bunu çap etdir)) @⁨Rüstəm Əzimov⁩ düzdü yaş və yəqinki yazmaq cəhətdən məndən daha çox məşğul olduğun aşikardı, amma yenə də fikrimi bildirmək istədim☺️

Məncə də daha çox oxuyucuya çatar həm də çapa layiqdi)"


Oxuyub fikirlərini bildirən hər kəs mənim üçün o qədər dəyərlidir ki, bu dəyər heç nəylə müqayisə edilə bilməz. Amma bir adam var ki, heç mən özüm də özümü bu qədər gözəl ifadə edə, əsər haqda fikrimi bu qədər əla şəkildə deyə bilməzdim. Bu adam mənim iki gözümün işığı - Anamdır. Əsəri maraqsızlaşdırmasın deyə çox təəssüf ki, onun yazdığı cavabın bəzi yerlərini kəsməliyəm.


"Cobanyastığı!...mənim cavanlığımın xatirəsi kimi oldu. O illeri xatırlatdı mənə... Xoşbəxt uşağlığımı sonda isə qardaşımın şəhid olmağı ilə tamamlanan sovet dövrünün yekununu. Ve en esasıda hekayəni oxuduqca səni gördüm Fərasətdə,sənin hərəkətlərin, arzuların, mərdliyin. [...] Hər şey göz(ümün) önümə gəlirdi. [...] olsa da, möhtəşəm bitdi. Bir də kitabdakı ən gözəl fraza: "ikidən bir çıxanda yerdə bir qalırdı sandım... Sən demə biri gedəndə o birini də aparırmış." Allahın izni ilə Uğurların bol olsun! Və davamı gəlsin! İnşaAllah!🤲🏻 Növbəti hekayələrinin oxucusu olmağa hazıram. 😇❤️🙏🏻"


Bu fikirləri iki ildir əlimdən gələnin ən yaxşısını etməyə çalışmağıma rəğmən sosial şəbəkələrdə oxucu kimi 20-30 nəfərdən o tərəfə gedə bilmədim, deyə bölüşürəm. Bu fikirləri oxuduqdan sonra "Çobanyastığı" adlı povestimi oxumaq istəsəniz, aşağıdakı vasitələrlə mənə yaza bilərsiniz.


Elektron poçt ünvanım: rustemazimov1999@gmail.com


71 views

Recent Posts

See All

Tools to use in long-time writing

Two important functions are needed to be performed: Save the content consistently Be able to access the content both on mobile and on...

Working is not a full time job!

Who was familiar with fiction writing will certainly know that writing is not something that you just sit down and start typing/writing....

How to find a topic to write about?

The most important part is to figure out what you want to accomplish by writing it. If you know for what purpose you write, you'll find a...

Comments


bottom of page