top of page
Search
Writer's pictureRüstəm Əzimov

Əjdərha əhliləşdirmə təlimi

Updated: Dec 22, 2018


Böyük bir kitabxanaya güclə sığışacaq sayda kitabları, təxminən, 3sm2-lik bir qutuda-flash kartlarda ciblərimizdə daşıdığımız bir dövrdə yaşayırıq və təsəvvür eləyin, exabayt-larla, megabayt, gegabayt, terabayt, petabaytlarla yox ha, exabaytlarla məlumatı özündə saxlayan Ümumdünya Hörümçək Toru ( WWW) adlanan bu intenet “şəbəkəsində” 9 milyarddan çox web səhifə var. Bu qədər məlumat arasında, əllə(manual şəkildə) bir söz axtarmaq üçün orta hesabla 4.5 gün lazımdır. Google isə bizə 0.5-1.5 saniyədə milyardlarla axtarış nəticəsi tapır, sıralayır, təqdim edir. Amma bu o demək deyil ki, Google kimi axtarış motorlarının (se-Search Engine) bizə göstərdiyi nəticələr həmişə tamda bizim axtardığımız olur. Bu məqalənin yazılması da, məqalənin adı və şəkli də əslində bu mülahizəyə söykənən bir hadisədən ilhamlanaraq yaradılıb. Bir az da xırdalasam, bir gün bir dostumla birlikdə inglis dilində axtarışların "klişe"sinə çevrilən bir ifadəni, “how to” ifadəsini axtarış zolağına yazdım və təkliflər arasında ilk görünən yazı bilirsiniz, nə idi? "How to train your dragon" (Əjdərhanı necə əhliləşdirmək olar). Dostumla mənim ağlıma ilk gələn bu idi ki, bir adam bir əjdərha alıb, gəlib evə, google-a daxil olub, başlayıb araşdırmağa ki, aldığım bu əjdərhanı necə əhliləşdirə bilərəm? Bir xeyli güldükdən sonra yanımdakı qardaş dedi ki, bir həmin sözlərlə axtarış elə görək nə nəticə verəcək? Sən demə belə bir cizgi filmi varmış, "How To Train Your Dragon". Baxın bu hadisədən ilhamlanaraq, arzuolunan nəticə etmək üçün axtarış motorlarından necə istifadə etməli olduğumuz haqqında araşdırma aparıb, bu barədə topladığım məlumatları sizinlə bölüşmək qərarına gəldim.

Deyirlər ki, mütaliə etmək(oxumaq, araşdırmaq) qidalanmaq kimidir. Qidalanmaqda da ki, 3 məqsəd olur:

  1. Dadına baxmaq - bir dəfə oxudunuz, sujet xəttini tutdunuz, bitti. məsələn, sadə bir roman

  2. Udmaq - öyrəmək, yaddaşına yazmaq

  3. Çeynəmək - təkrar-təkrar oxumaq

Məqəlinin davamının dadına baxdınız, uddunuz və ya çeynədiniz, fərq etməz, nuş olsun!


Gəlin, ilk əvvəl, Google axtarış motorunun işləmə prinsipinə baxaq: Google bütün Ümumdünya Hörümçək Torunu (WWW) yox, yalnız özünün əvvəlcədən "hörümçək" (spider) adlanan proqramlarıyla “işarələdiyi” (indexlədiyi) saytları axtarır. Bu "hörümçək"lər, böyük ehtimalla, Google şirkətinin əməkdaşları tərəfindən daxil edilən bir neçə saytla başlayır, sonra o saytlarda linki verilən saytlara keçir, sonra o linki verilən saytlardakı linklərə keçir, sonra ordakı linklərə, ... və beləcə google-ın axtarış bazası yaranır. Tutaq ki, google-da bir söz axtarırsınız. Sözü axtarış zolağına yazdınız, axtar düyməsinə toxundunuz. Nə baş verir? Sizin üçün, demək olar ki, heç nə. Amma ”Google tərəfdə” qızğın iş gedir. Google-nin serverləri daxilində bu söz olan web səhifələri tapır, sonra axtarılan sözün hansı səhifənin başlığında, hansı səhifənin linkində(url-ində), hansı səhifənin məzmununda olduğu, ümumiyyətlə, hansı səhifədə daha çox işləndiyi, hansı səhifəyə daha çox səhifədən link verilməsi və hansı səhifənin daha çox izləyicisi olması əsasında sıralayır. Aşağıdakılar Google-da səmərli axtarış üçün tövsiyyələrdirlər:

  • Siz sözləri axtarışa böyük hərflərlə yazsanız belə, google axtarış motoru axtarılan sözləri kiçik hərflə axtarır. Ona görə google-da axtarış eləyərkən sözləri böyük hərflə yazmayın.

  • Əgər birdən çox sözü özündə saxlayan bir yazı axtarılırsa, səhifələr sıralanmasında yazıdakı sözlərin sırası da əhəmiyyət kəsb edir.(məsələn, istədiyiniz nəticəni almaq üçün axtarılan sözlərin sırasını dəyişə bilərsiniz)

  • Axtarılan yazıda ¶£€©®+§%()@?! kimi simvollardan istifadə etməyin. $ c# c++ kimi yazılarsa simvollar mövzusunda istisnadır, istifadəsi məna kəsb edir...

  • Dəqiq nəyi axtaracğınızı bilmirsinizsə, o mövzuya aid nəsə yazıb axtarın, sonra nəticələrə baxıb daha səmərəli axtarış eləyə biləcəyiniz açar sözlər tapıb onlarla yenidən axtarış eləyin.

  • Axtarılacaq fikri insanla danışırmış kimi ifadə etməyin. Adi bir insana verdiyiniz kimi sual verməyin. Əvəzində axtardığınız mövzuya uyğun terminlər, jargonlar, açar sözlər-dən istifadə edin. Google-dan “soruşmazdan” əvvəl özünüzə bir sual verin: mən bu məsələyə dair bir yazı yazsaydım, video çəksəydim, hər hansı bir məzmun paylaşsaydım, hansı sözlərdən çox istifadə eləyərdim ki, istifadəçilər bu məzmunu axtaran kimi tapsınlar və axtarış motorları rahatca mənim mövzumu başqa mövzulardan ayırd edə bilsin. Bu arada, bu axtarış sistemləriylə işləməkdə əziyyət çəkən tək “axtaranlar” deyil, websayt idarəçiləri də bu qəblə daxildir. Websayt administratorları - idarəçiləri axtarış motorlarının saytlarını daha tez məhşurlaşdırması üçün optimizasiyalar təşkil etməyə çalışırlar. Bəzi hazır alətlər (hazır tool-lar) bu optimizasiya prosesində bizə çox vaxt qazandır. Tam da bu, AMO(Axtarış Motorlarının Optimizasiyası) – SEO(Search Engines Optimization) metodologiyasında ən çox istifadə olunan 6 hazır alət haqqında marketoloq, startapçı və sahibkar Fərid Məhərrəmlinin öz blogunda yazdığı bir məqalə var. İstəsəniz bu linkdən həmin məqaləyə nəzər sala bilərsiniz.

  • Əgər yazdığınız yazının yalnız eynisi ilə mövcud olduğu nəticələri görmək istəsəniz, həmin yazını “” (dırnaqlar) arasında yazın.

  • Tutalım ki, ingilis və ya hər hansı başqa bir dildəki sözün mənasını-tərifini bilmək istəyirsiniz. Bu halda, axtardığınız sözü define: yazısından sonra qeyd edin, bu qədər... (ingilis diliylə arası yaxşı olmayanlar üçün deyim ki, define sözü (burada) “tərif vermək” mənasını verir)

  • Əgər yalnız xüsusi bir sayt və ya saytlar üzrə axtarış etmək istəsəniz, həmin saytın domain adını(domain name) və ya yuxarı səviyyə domain adını(top-level domain name) site: qeydindən sonra yazın. Məs.

  1. site:stackoverflow.com – yalnız, stackoverflow.com domain-inə məxsus səhifələrdə axtarış edilir.

  2. site:edu – yalnız, .edu domain sonluqlu domain-inə aid səhifələrdə. (Qeyd: Bu edu, gov kimi domain adları və ya literarianprogrammer.wixsite.com/blog linkindəki wixsite kimi hissəsini yuxarı səviyyə domain adlarına misal göstərilə bilərik)

  • Ölçü vahidləri üzrə də axtarış edə(hesablaya) bilərsiniz. Məs. 5 m in cm kimi bir yazı axtarsanız: 5 metr-in santimetrlə ifadəsini göstərən bir “kalkulyator”-la qarşılaşacaqsınız.

  • Axtarılan səhifələrdə xüsusi bir aralıqdakı (məs. [5, 14]) ədədlərin olmasıyla maraqlanırsınızsa, həmin iki ədədi arasında ... (üç nöqtə) ilə yazın. (məs. 5...14) Xüsusi bir il aralığında olmuş hadisələr haqqında məlumat almağa ehtiyac duyduqda bu funksionallıqdan istifadə sizə çox böyük kömək edə bilər.

  • Əgər sözün özündən əlavə, bütün sinonimləri üzrə də axtarış edilməsinə gərək duyursunuzsa axtarılan sözün qabağında bir ~ işarəsi yazın. (Bu işarəni bu vaxta qədər heç istifadə etməmisinizsə, yəqin ki, hal hazırda klaviaturanı ələk-vələk eləyirsiniz. Əl saxlayın, axtardığınız klavişin yerini deyim: sol yuxarı küncdəki ESC düyməsinin aşağıdındakı düyməyə SHIFT-i basılı saxlamaqla toxunun... (AZE və ENG şriftləriylə belədir)

  • İndi tutaq ki, xüsusi bir sayt-a link verən nəticələrə ehtiyyac duyursunuz: link: yazısından sonra link-i daxil edin bu qədər. Belə bir funksionallıq ilk başda sizə çox mənasız görünə bilər: deyə bilərsiniz ki, “hə nə olsun, hansı link-ə hansı sayt(lar)-dan link verildiyi mənim nəyimə lazımdır?”. Əslindəsə, məsələn, mənim kimi, blog-u olanlar məqalələrinin başqalarının məqalələri daxilində (etik) istifadəsi haqqında məlumat toplaya bilərlər ki, bu heç də əhəmiyyətsiz deyil.Axtardığınız nəticədə(söz axtarıldıqda səhifə-də) hansı sözlərin mütləq mövcud olmalı, hansı sözlərin mövcud olmamalı olduğunu verilmiş sözün əvvəlinə + və - artıqmaqla qeyd edə bilərsiniz: (axtarış nəticələrində mövcud olmalı sözlərin əvvəlinə +, mövcud olmamalı sözlər əvvəlinə isə - artırılır)

  • OR ingilis dilindən azərbaycan dilinə “və ya” kimi tərcümə olunur və əgər bir neçə sözdən hansısa birinin işləndiyi səhifələri axtarırsınızsa bu OR funksionallığını istifadə edə bilərsiniz.

  • time.com sayt-ındakı bir məqalədə deyildiyi kimi, bəzən mahnı sözlərindən, nəqarətindən bir hissə yadınızda qalır amma mahnının adını bilmirsiniz. Bu halda mahnının yadınızda qalan hissəsini önünə və arxasına * əlavə etməklə “” (qoşa dırnaqlar) arasında yazın. “*yadınızda qalanlar*”

  • Google axtarış motorunu ənənəvi kalkulyator kimi də istifadə edə bilərsiniz: 5+14, 30% of 55, 5^7, sqrt(25) (sqrt – ingilis dilindəki square root sözünün qısaldılmasıdır, kvadrat kökün tapılması ənəliyyatını simvolizə edir)


  • filetype: yazısına istədiyiniz fayl tipindəki nəticəni gətirmək üçün hansısa bir fayl sonluğu əlavə oluna bilir: məsələn, filetype:js axtarış prosesində js sonluğuyla bitən (javascript) fayllara üstünlük verilir.

  • Yalnız şəkillər tapmaq istəsəniz Google Images-dən istifadə edə bilərsiniz. Bu vaxta qədər istifadə etməmişlər üçün deyim, şəkil(image) axtarışına bu linkdən və ya ümumi axtarış zolağının altındakı All düyməsinin sağındakı ilk düyməyə(Image) toxunun, aşağıdakı kimi:

Google Images-də şəkilləri şəkil(lər)lə də axtarmaq olur(aşağıdakı şəkildə qırmızı qırıq xətlərlə əhatələnmiş fotoapparat şəkilli düyməyə toxunduqdan sonra əsasında axtarış etmək istədiyiniz şəkli seçin və axtarın):



  • “Advanced Search” deyilən bir funksionallıq da var ki, bu funksionallıq vasitəsilə yuxarıda oxuduqlarınızın bir hissəsi də daxil olmaqla, müəyyən xüsusiyyət(lər) üzrə axtarış olunu bilir. Bu linkdən birbaşa, ya da axtarışın nəticəsi mövcud olan yerdən bu “Advanced Search” bölməsinə daxil ola bilərsiniz: Ümumi axtarışdan “Advanced Search” bölməsinə keçmək üçün aşağıdakı ardıcıllığı:



Şəkil(Image) axtarışdan “Advanced Search” bölməsinə keçmək üçün axtarış zolağının altındakı Setting duyməsinə toxununduqdan sonra açılan menyuda Advanced Search “seçirik”:





Və mənim “Advanced Search” bölməsində ən çox sevdiyim xüsusiyyətlərdən biri Usage Rights – İstifadə Hüquqlarıdır:

Ümumi axtarışdan Advanced Search bölməsinə keçdikdə:



Şəkil axtarışından Advanced Search bölməsinə keçdikdə:



Bu Usage Rights funksionallığını istifadə edə bilmək üçün gərək müəllif hüquqlarından da nəsə bilək. Təsəvvür edin ki, kimsə 0-dan bir məqalə yazır və hansısa sayt-da paylaşır. Adi halda, mən bu məqalədən, hər hansı bir məqsədlə, xüsusilə, kommersial məqsədlə istifadə etməyimin, paylaşmağımın qanunvericilik tərəfindən dəstəklənib-dəstəklənməyəcəyi sual altındadır. İstifadə olunacaq məqalənin müəllifi həmin məqalənin istifadəsi üçün razılıq verməlidir: ya xüsusi bir şəxsə, ya da lisenziya şəklində hər kəsə. Ya da mən həmin məqalədən istifadə etmək üçün Fair Use prinsiplərinə “söykənməliyəm” və bu prinsipin yaradılmış yeni işin, məqalənin təhsil məqsədli olmasına, istifadə olunan məqalənin bazarına pis təsir etməməsinə diqqət göstərir. Bunlara rəğmən yaxşı olardı ki, içtimai paylaşılan bir iş görəndə(məqalə olmasın, video olsun, şəkil olsun) hər zaman bu tələbə uyğun axtarış eləyəsiniz. Bu həm qanuni, həm də etikdir. Aşağıda hər bir Usage Rights növünün yuxarıdan aşağıya “icazə dərəcəsi” artan şəkildə izahı mövcuddur:

  1. Not filtered by license – lisenziya əlavə olunmayıb, istifadə olunmağa icazə verilməsi haqqında heç bir məlumat yoxdur

  2. Free to use or share – pulsuz istifadə oluna və paylaşıla bilər

  3. Free to use or share, even commercially – hətta kommersial(pulla satılacaq) işlərdə pulsuz istifadə oluna və paylaşıla bilər

  4. Free to use share or modify – pulsuz istifadə oluna, paylaşıla və redaktə edilib işlədilə bilər

  5. Free to use share or modify, even commercially – hətta kommersial(pulla satılacaq) işlərdə pulsuz istifadə oluna, paylaşıla və redaktə edilib işlədilə bilər

Şəkil axtarışında isə İstifadəçi Hüquqları (Usage Rights) və hətta şəkilin rəngi, ölçüsü kimi xüsusiyyətləri Advanced Search bölməsinə keçmədən də istifadə edə bilərik və burada İstifadəçi Hüquqları şəkillər üçün spesifik olduğundan Advanced Search-lərdəkindən fərqlidir:





Burada

  1. Not filtered by license – lisenziya əlavə olunmayıb, istifadə olunmağa icazə verilməsi haqqında heç bir məlumat yoxdur

  2. Labeled for reuse with modification – redaktə etdikdən sonra/redaktə etmədən təkrar istifadə oluna bilər

  3. Labeled for reuse – yenidən istifadə oluna bilər

  4. Labeled for noncommercial reuse with modification – redaktə etdikdən sonra/redaktə etmədən yalnız qeyri-kommersial məqsədlərlə təkrar istifadə oluna bilər

  5. Labeled for noncommercial reuse - yalnız qeyri-kommersial məqsədlərlə təkrar istifadə oluna bilər

Şəkilin ölçüsünə, rənginə və eləcə də başqa detallı xüsusiyyətlərinə görə axtarış etmək üçün mövcud olan funksionallıqları da Usage rights duyməsinin olduğu zolaqda görə bilərsiniz.

Hələ də deyilməli çox şey var bəlkə də amma bu məqalədə yalnız ən lazımlı funkionallıqlardan danışmaq istədim və qalan bütün texniki məqalələrimdə olduğu kimi bu məqalədə də böyük ölçüdə digər vəsaitlərdən istifadə edilib ki, aşağıda hamısının istinadları mövcuddur:



İstinadlar

  1. https://static.googleusercontent.com/media/www.google.com/en//educators/downloads/Tips_Tricks_17x22.pdf

  2. https://fairuse.stanford.edu/overview/fair-use/what-is-fair-use/

  3. https://www.webopedia.com/TERM/B/Boolean_search.html

  4. https://docs.google.com/presentation/d/1QbCY8VowB98NslEcorcbO9HR3Ef30tki3jJSHJuKErE/edit#slide=id.i0

  5. http://time.com/4116259/google-search-2/

  6. http://faridma.com/2018/10/10/seo-ucun-vacib-6-tool/

  7. https://www.google.com/search?q=red+dragon+cartoon&tbas=0&tbs=sur:fmc&tbm=isch&chips=q:red%20dragon%20cartoon,g_1:friendly:N-emo6hQ7r0=&tbas=0&source=lnt&sa=X&ved=0ahUKEwiqyZ7HvI7fAhXCiCwKHSdrDQMQpwUIHw&biw=1448&bih=774&dpr=0.9#imgrc=ytgImICHPZB-VM:

  8. https://support.google.com/websearch/answer/29508?hl=en

  9. https://www.google.com/advanced_image_search

  10. https://support.google.com/websearch/answer/35890?hl=en

137 views

Recent Posts

See All

Tools to use in long-time writing

Two important functions are needed to be performed: Save the content consistently Be able to access the content both on mobile and on...

Working is not a full time job!

Who was familiar with fiction writing will certainly know that writing is not something that you just sit down and start typing/writing....

How to find a topic to write about?

The most important part is to figure out what you want to accomplish by writing it. If you know for what purpose you write, you'll find a...

Comments


bottom of page